Page 1 of 2

SALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYI BƏYAN EDƏR
Məgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şahinçibaşma aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim!” - dedi.
Erkən bindilər, av yerinə vardılar. Gördilər, bir süri qaz oturar. Qazan şahini saldı, alımadı. Şahin pərvaza ağdı. Gözlədilər, şahin Tumanın qalasına endi. Qazan ğayət səxt oldı.
Şahinin ardına düşdi, dərə-dəpə aşdı. Kafir elinə gəldi. Gedərkən Qazanın qarannulu gözüni uyxu aldı. Bəglər ayıtdılar: “Xanım, dönəlim!” Qazan aydır: “Birəz dəxi ilərü varalım!” - dedi.
Baqdı, bir qala gördi. Aydır: “Bəglər, gəlin yatalum!” - dedi.
Qazanı küçicik ölüm tutdı, uyudı. Məgər xanım, Oğuz bəgləri yedi gün uyurdı. Anunçun “küçicik ölüm” derlərdi. Məgər ol gün Tumanın qalasının təküri ava binmişdi. Casus gəldi, aydır: “Bir bölük atlu gəldi, içində bəgləri yatdı-uyudı”. Təkür adam saldı, “Kim idügin bilün!” - dedi.
Gələnlər bildi kim, bunlar Oğuz ərənlərindəndir. Gəlib təkürə xəbər verdilər. Təkür dəxi haman çərisini dərdi, bunların üzərinə gəldi. Qazanın bəgləri baqdılar, gördilər kim, yağı gəlür, ayıtdılar: “Qazanı bırağur gedərsəvüz, evində bizi qovarlar. Yegrəgi budur ki, bunda qırılavuz!” - dedilər. Kafiri qarşuladılar, cəng etdilər. Qazanın üzərinə yigirmi beş bəgini şəhid etdilər. Qazanın üzərinə düşdilər. Uyuduğı yerdə tutdılar. Əlin-ayağın bərk bağladılar, bir ərəbəyə yüklətdilər. Ərəbəyə möhkəm orğanla sardılar. Ərəbəyi çəkdilər, yürüyü verdilər.
Gedərkən ərəbə qıcırdısmdan Qazan oyandı, gərindi, bu əlindəki orğanları həb qırdı. Ərəbənin üzərinə oturdı. Əlin əlinə çaldı, qas-qas güldi. Kafirlər aydırlar ki, “gülürsən?!” Qazan aydır: “Mərə kafirlər, bu ərəbəyi beşigim sandım. Sizi yamrı-yumrı dadım-dayəm sandım”, -dedi.
Helə Qazanı gətürdilər, Tumanın qalasında bir quyuya bıraqdılar. Quyunun ağzına bir dəgirman daşı qodılar. Yeməgini-suyını dəgirmən daşı dəlügindən verərlərdi.
Bir gün təkürün övrəti aydır: “Varayın, Qazanı görəyin, nə hallu kişidir, bunca adamlara zərb urarmış?!” - dedi. Xatun gəlüb zindançıya qapuyı açdırdı. Çağırdı, aydır: “Qazan bəg, nədir halın? Dirligin yer altındamı xoşdur, yoxsa yer yüzindəmi xoşdur? Həm şimdi nə yersən, nə içərsən və nəyə binərsən?” - dedi. Qazan aydır: “Ölülərinə aş verdigin vaqt əllərindən aluram. Həm ölülərinizin yorğasm binərəm, kahillərin yedərəm”, - dedi. Təkür övrəti aydır: “Dinin içün, Qazan bəg, yedi yaşında bir qızçuğazım ölmüşdür, kərəm eylə, ana, binmə!” -dedi.
Qazan aydır: “Ölülərinizdə andan yorğa yoqdur, həp ana binərəm!” - dedi. Övrət aydır: “Vay, sənin əlündən nə yer yüzində dirimiz və nə yer altında ölümüz qurtulurmış!” - dedi. Gəldi, təkürə aydır: “Kərəm eylə, ol tatarı quyudan çıqar. Qızcığazın belini üzər, yer altında qızçuğazıma binərmiş. Qalan ölülərimizi cəm edərmiş, həm ölülərimiz içün verdügimiz aşı əllərindən çəküb, alub yer imiş. Anun əlindən nə ölümiz, nə dirimiz qurtulurmış! Dinin eşqinə, ol əri quyudan çıqar”, -dedi.
Təkür bəglərini cəm eylədi. Aydır: “Gəlün Qazanı quyudan çıqarun, bizi ögsün, Oğuzı sındırsun. Andan sonra şərt eyləsün, bizim elümizə yağılığa gəlməyə”, - dedi.
Vardılar, Qazanı quyudan çıqarub gətürdilər. Ayıtdılar: “And iç kim, bizim elümizə yağılığa gəlməyəsən. Həm bizi ög, Oğuzı smdırğıl, səni qoyu verəlim, var-get!” - dedilər. Qazan aydır: “Vallah, billah, doğrı yolı görər ikən əgri yoldan gəlməyəyin!” - dedi. Ayıtdılar: “Vallah, Qazan eyü and içdi”, - dedilər. “İmdi Qazan bəg, di, bizi ög!” - dedilər. Qazan aydır: “Mən yer yüzində adam ögməzin. Bir adam gətürün, binəyim, sizi ögəyim!” - dedi. Vardılar, bir ər kafir gətürdilər. “Bir əyər, bir uyan” - dedi, gətürdilər. Kafirin arxasına əyər saldı, ağzına uyan urdı. Qolanını çəkdi, sıçradı, arqasına bindi. Ökcəsin ökcəsinə qaqdı, qapurğasın qamma qavşurdı. Uyanın çəkdi, ağzın ayırdı, kafiri öldürdi. Çökdi,
^ SBgg**-

üzərinə oturdı. Aydır: “Mərə kafirlər, qopuzum gətürün, sizi ögəyin!” - dedi. Vardılar, qopuzı gətürdilər.
Əlinə alub, burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Bin-bin ərdən yağı gördümsə, “oyunum” dedim. Yigirmi bin ər yağı gördümsə, yiləmədim.
Otuz bin ər yağı gördümsə, ota saydım.
Qırq bin ər yağı gördümsə, qıya baqdım.
Əlli bin ər gördümsə, əl vermədüm.
Altmış bin ər gördümsə, aytışmadım.
Səksən bin ər gördümsə, səksənmədim.
Doqsan bin yağı gördümsə, donanmadım.
Yüz bin ər gördümsə, yüzüm dönmədim.
Yüzi dönməz qılıcum ələ aldım.
Məhəmmədin dini eşqinə qılıc urdım.
Ağ meydanda yumrı başı topca kəsdim.
Anda dəxi “ərəm-bəgəm” deyü ögünmədim. Ögünən ərənləri xoş görmədim!
Əlünə girmiş ikən, mərə kafir, öldür məni, Qara qılıcın sal boynuma, kəs başım.
Qılıcından saparım yoq!
Kəndü əslim, kəndü köküm sımağım yoq! - dedi.
Bir soy dəxi soylamış, aydır:
Yüksək-yüksək qara dağdan daş yuvalansa, Qaba ökcəm-oyluğum qarşu tutan Qazan ər idim. Firon şişlər yükəlib yerdən çıqsa,
Qaba ökcəmlə pərçin qılan Qazan ər idim. Qaba-qaba bəglər oğlı ğovğa qılsa,
Qamçı salub tökdürən Qazan ər idim.
Yuca dağları duman dursa,
qara pusarıq dolı qopsa, Qaraqucumun qulağı görinməz olsa,
Qayırı ərən qılağuzsız yol yanılsa,
Qılağuzsız yol başaran Qazan ər idim.
Yedi başlu əjdərhaya yetüb vardım.
•Vaf#l fW -

Heybətindən sol gözüm yaşardı.
Hey gözüm, namərd gözüm, müxənnət gözüm,
Bir yılandan nə var ki, qorxdun! - dedim.
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. Ögünən ərənləri xoş görmədim.
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni!
Sal qılıcın, kəs başım,
Qılıcından saparım yoq!
Kəndü əslim, kəndü köküm sımağım yoq!
Oğuz ərənləri durarkən səni ögməgim yoq! -dedi.
Qazan burada bir dəxi soylamış:
Arqıc qırda yıqanır Əmman dənizində Sarb yerlərdə yapılmış kafir şəhri,
Sağa-sola çırbındı urar yüzgüçiləri,
Su dibində dönər bəhriləri,
“Tanrı mənəm” deyü su dibində çığrışur asiləri. Önin qoyub tərsin oqur qızı-gəlini.
Altun aşıq oynar Sancıdanın bəgləri.
Altı qatla Oğuz vardı, alımadı.
Ol qalayı, altı baş ərlə mən Qazan vardım,
altı günə qomadım, anı aldım. Kəlisasın yıqub, yerinə məscid yapdım,
ban banlatdım.
Qızını-gəlinini ağ köksümdə oynatdım.
Bəglərin qul etdim.
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. Ögünən ərənləri xoş görmədim.
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni!
Qılıcından saparım yoq!
Kəndü əslim, kəndü köküm sımağum yoq! - dedi. Qazan genə soylamış, aydır:
Arqıc qırda döndərdigim,
mərə kafir, sənin baban.
^ SBgg**-

Şəqaqma imrəndügim sənin qızın-gəlinin.
Ağca qala Sürməlidə at oynatdım.
Atla Qarun elinə çapqun yetdim.
Aq hasar qalasının bürcin yıqdım.
Ağ aqça gətürdilər, “puldur” dedim.
Qızıl-altun gətürdilər, “baqırdır” dedim.
Ala gözlü qızın-gəlinin gətürdilər, aldanmadım;
kəlisasın yıqdım, məscid yapdım. Altunı-gümüşi yağmalatdım.
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. Ögünənləri xoş görmədim.
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni!
Kəndü əslim-köküm sımağım yoq!
Səni ögməgim yoq! - dedi.
Qazan bəg burada bir dəxi soylamış, aydır:
Aq qayanın qaplanının erkəgində
bir köküm var,
Ortac qırda sizin keyiklərinüz durğurmaya.
Aq sazın aslanında bir köküm var,
Qaz alaca yundunı durğurmaya,
Əzvay qurd ənügi erkəgində bir köküm var,
Ağca bəkil tümən qoyunun gəzdirməyə,
Ağ sunqur quşı erkəgində bir köküm var,
Ala ördək, qara qazun uçurmaya.
Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu;
Bir qardaşım var - Qaragünə adlu.
Yenidən toğanını dirgürməyələr.
Əlünə girmişkən, mərə kafir, öldür məni,
yetür məni.
Qılıcından saparım yoq!
Kəndü əslim sımağım yoq! - dedi.
Bir dəxi soylamış, aydır:
İt kibi gu-gu edən çərkəz xırslı,
Küçicik donuz şülənli,
^ SBSK**-

Bir torba saman döşəkli,
Yanm kərpic yasdrqlr,
Yonma ağac tanrrlr.
Köpəgim kafir,
Oğuzr görərkən səni ögməgim yoq!
Andan öldürərsən, mərə kafir, öldür məni, Öldürməzsən, Qadir qorsa,
öldürəyim, kafir, səni! -dedi.
Kafirlər aydrr: “Bu bizi ögmədi. Gəlün, bunr öldürəlim!” -dedilər. Kafir bəgləri dərildilər, gəldilər. Yenə ayrtdrlar: “Bunun oğlr var, qardaşr var; bunr öldürmək olmaz”, - dedilər. Gətürdilər, donuz damma həbsə saldrlar.
At ayağr külük, ozan dili çevik olur. Qazanrn ölüsini - dirisini kimsə bilmədi.
Məgər, xanrm, Qazanrn bir oğlancrğr vardr; böyüdi, yigitcik oldr. Bir gün ata binüb divana gəlürkən bir kişi aydrr: “Məgər sən xan Qazanrn oğlr degilsən?” - dedi. Uruz qaqrdr, aydrr: “Mərə qavat, mənim babam Baymdır xan degilmidir?” Ayrtdr: “Yox, ol, ananrn babasrdrr, sənin dədəndir”. Uruz: “Mərə, ya bənim babam ölümidir, dirimidir?” - dedi. Ayrtdr: “Diridir, Tumanrn qalasrnda tutsaqdrr”, - dedi. Böylə digəc oğlan ağladr, məlul oldr, atrnr qayrtdr; gerü döndi, anasrna gəldi. Burada anasrna soylamrş, görəlim, xanrm, nə soylamrş, aydrr:
Mərə ana, mən xan oğlr degilmişəm.
Xan Qazan oğlr imişəm.
Mərə qavat qrzr, munr mana neçün diməzdin?
Ana haqqr Tanrr haqqr degilmişsə,
Qara polad uz qrlrcum dartaydrm,
Gafillicə görklü başrn kəsəydim,
Alca qanrn yer yüzinə dökəydim, - dedi.
Anasr ağladr, aydrr: “Oğul, baban sağdrr, amma söyləməyə qorxudum, kafirə varasan, kəndözüni urasan həlak olasan. Anunçun sana diməzdim, canrm, oğul, -dedi, - amma əmminə adam sal, gəlsün; görəlim, nə der”, - dedi.
Adam saldı, əmmisini oxudı. Gəldi. Uruz aydır: “Mən babam tutsaq olduğı qalaya gedirəm”. İttifaqla danışıq qıldılar. Cəmi bəglərə xəbər oldı: “Uruz babasına gedər, yarağla gəlün!” - dedilər.
Ləşkər dərildi, gəldi. Alp Uruz çadırların açdırdı, cəbbəxanasın yüklətdi. Qaragünə çəribaşı oldı. Borı ağardıb köçdilər. Yola girdilər.
Yol üzərində kafirin Ayasofyası vardı. Keşişlər bəklərdi. Gayət sarb kəlisaydı. Atdan enüb, tacir donm geydilər. Bazirgan surətində qatır-dəvə çəkdilər, gəldilər.
Kafirlər gördilər, gələnlər tacirə bənzəməz; qaçdılar, qalaya girdilər, qapuların yapdılar. Bürcə çıqub “Kimlərsiz?” dedilər. Bunlar ayıtdı: “Bazirganlarız”, - dedilər.
Kafirlər “yalan söylərsiz” deyü daşa tutdılar. Uruz atdan endi, aydır: “Hay, atamın altun qədəhindən şərab içən, məni sevən atdan ensün! Bunun qapusma birər gürz uralım!” - dedi. On altı yigit sıçrayub atdan endilər. Qalqan yapındılar. Gürzlərinumuzlarına urdılar, qapuya gəldilər; birər gürz urub qapuyı ovatdılar, içərü girdilər. Bulduqları kafiri qırdılar. Dil çıqartmadılar. Malını yağmaladılar. Çəri üzərinə gəldilər, qondılar.
Məgər bir sığırtmacları vardı. Gördi kim, qalayı aldılar.
Qaçdı təkürə vardı, Ayasofya alunduğın xəbər verdi. “Nə oturarsız, üzərinizə yağı gəldi, başınuz yarağın görün!” - dedi.
Təkür bəgləri cəm eylədi. “Bunlarla nə müdara qılalum?” - dedi. Bəglər ayıtdılar: “Bunun müdarası oldur kim, Qazanı çıqaravuz, anlara bərabər edəvüz”. Bu sözi məsləhət gördilər. Vardılar, Qazanı çıqarub, təkür öninə gətürdilər. Təkür aydır: “Qazan bəg, üzərimizə yağı gəldi. Bu yağıyı üzərimizdən ayırarsan, səni qoyu verəlim! - dedilər. Həm xəraca müti olalım. Sən dəxi and iç kim, bu bizim elə yağılığa gəlməyəsən”, - dedilər. Qazan aydır: “Vallah, billah, doğrı yolı görərkən əgri yoldan gəlməyəlim!” - dedi. Kafirlər “Qazan eyü and içdi” deyü sevindilər. Təkür çərisin dəvşürüb meydana gəldi. Çadır tikdirdi. Kafir ləşkəri Qazanın üzərinə yığıldı. Qazana geyim gətürdilər. Qılıc və sügü və çomaq və sair cəng alətin geydirüb donatdılar.
•Vaf#l SIS**-

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets