Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edər
Page 2 of 2 · 50%
Bu məhəldə Oğuz ərənləri alay-alay gəldi. Köpürköpür tavıllar, nəqarələr çalındı. Qazan gördi kim, ləşkər önincə bir ağ-boz atlu, ağ ələmlü bəg dəmir donlu Oğuzun önincə gəldi. Çadırın dikdirdi. Alay bağladı durdı. Anun ardınca Qaragünə gəldi, alay bağladı durdı. Haman burada Qazan at meydana sürdi, qırım dilədi.
Boz atlu Beyrək at dəpdi, meydana girdi. Qazan burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qalqubanı yerindən duran yigit, nə yigitsən?
Əgni bəg dəmür donın geyən yigit, nə yigitsən?
Adın nədir, yigit, degil mana! - dedi.
Beyrək burada soylamış, aydır:
Mərə kafir, sən məni bilməzmisin?
Barasarın Bayburd hasarından parlayub uçan,
Adaxlusın ayrıqlar alurkən tutub alan,
Baybörə xan oğlı Bamsı Beyrək mana derlər.
Gəl bərü, mərə kafir, dögüşəlim! - dedi.
Qazan burada bir dəxi soylamış, aydır:
Mərə yigit, önincə bu çərinin
Bir aq sancaqlu alay çıqdı.
Çadırın ildən-ögdin dikdi.
Ağ-boz ata binən ol yigit nə yigitdir,
kimün nəsidir?
Yigit, başınçun, degil mana!
Beyrək aydır: “Mərə kafir, kimün nəsi olsa gərək! Bəgümiz Qazanın oğlıdır”, - dedi. Qazan könlündən aydır: “Əlhəmdülillah, mənim oğlancığım böyük ər olmış”, - dedi.
Beyrək: “Mərə kafir, necə bir onı-bunı sorarsan mana?” - dedi, Qazanın üzərinə at saldı. Pərlü gürzini əlinə alub Qazanı çaldı. Qazan kəndüyi bildirmədi, qarvadı Beyrəgi biləgindən tutdı-dartdı, çomağını əlindən aldı. Beyrəgin ənsəsinə bir çomağ urdı. Beyrək at boynm qucaqladı, qayıda döndi. Qazan aydır: “Ya Beyrək, var, bəgünə ayıt gəlsün!” -dedi.
•Aaf#l AA -
Bunı gördi, İlək qoca oğlı Dönəbilməz Dülək Uran meydana girdi.
Qazan burada soylamış, aydır:
Alar danla yerindən duran yigit,
nə yigitsən?
Bədəvi atın oynadı gələn yigit,
nə yigitsən?
Ər ərdən adm yaşurmaq eyib Ol olur.
Adın nədir, yigit, degil mana! - dedi.
Dülək Uran aydır:
Mərə kafir, mənim adım bilməzmisən?
Öz adına xorlayan, eldən çıqan,
Əlli yedi qalanın kəlidini alan.
İlək qoca oğlı Dönəbilməz Dülək Uran
mana derlər, - dedi.
Sügüsin əlinə alub, at saldı. “Qazanı sancam” dedi, sancamadı, ötə keçdi. Qazan at dəpdi. Sügüsin çəküb əlindən aldı, dəpəsinə urdı. Para-para oldı, ovandı, Aydır: “Mərə, qavat oğlı, bəgünə de gəlsün”, - dedi. Ol dəxi qayıda döndi.
Qazan yenə ər dilədi. Dözən oğlı Alp Rüstəm at dəpdi, meydana girdi. Qazan burada genə soyladı, aydır:
Qalqubanı yerindən durı gələn,
Qazılıq atın butun binən,
Nə yigitsən, adın nədir, degil mana! - dedi.
Alp Rüstəm aydır:
Qalqubanı yerindən durı gələn,
İki qardaş bəbəgin öldürüb zəlil gəzən,
Dözən oğlı Alp Rüstəm mana derlər, - dedi.
Ol dəxi Qazana at saldı. “Alam” dedi, alımadı. Qazan bəg
buna dəxi bir zərb urdı. Aydır: “Mərə qavat, var, bəgünə de,
gəlsün”, -dedi.
Ol dəxi döndi. Qazan gerü ər dilədi. Uruzun cilavısın
əmmisi Qaragünə tutmışdı. Çəkdi, ansuzın əlindən aldı, qılı-
•Aaf#?! b»k»-
cmı dartdı, babasının üzərinə at saldı. Durundurmadı, çigninə qılıc endirdi. Geyimini kəsdi, omuzına dört parmaq dəklü zəxm urdı. Alca qanı şorladı, qoynına endi.
Uruz genə döndi ki, bir dəxi çala, Qazan burada çağırıb oğlma soylar, görəlim, xanım, nə soylar. Aydır:
Qara dağım yüksəgi oğul!
Qarannulu gözlərim aydını oğul!
Alpım Uruz, aslanım Uruz,
Ağ saqallu babana qıyma, oğul! - dedi.
Uruzun şəfqət damarları qaynadı. Qara qıyma gözləri qan-yaş doldı. Atdan yerə endi, atasının əlin öpdi. Qazan dəxi axtarıldı, yerə endi. Oğlmın boynın öpdi. Bəglər Qazanla oğlının üzərinə at saldılar. Çevrə aldılar. Cəmisi atdan enüb, Qazanın əlin öpdilər. Yürüyübən kafirə at saldılar, qılıc urdılar. Dərələrdə, dəpələrdə kafirə qırğun girdi. Qalayı aldılar. Kəlisasın yıqub məscid yapdılar. Qanlu kafir əlindən babasını dartub aldı.
Qalın Oğuz elinə gəlüb çıqdı. Ağca yüzli anasına muştçı saldı. Qaza bənzər qızı-gəlini Qazana qarşu gəlüb, əlin öpdilər, ayağına düşdilər.
Qazan görklü çəmənə çadır otaq dikdirdi. Yedi gün yedi gecə toy-dügün edüb, yemə-içmə oldı. Dədəm Qorqud gəldi, qopuz çaldı; ğazi ərənlər başına nə gəldügin söylədi:
Qanı ögdügümüz bəg ərənlər,
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
Gəlimlü-gedimlü dünya!
Son ucı ölümlü dünya!
Ölüm vaqtı gəldügində arı imandan ayırmasun!
Qadir səni namərdə möhtac etməsün!
Beş kəlmə dua qıldıq, qəbul olsun!
“Amin! Amin!” deyənlər didar görsün!
Günahınızı adı görklü Məhəmməd Mustafa
hörmətinə bağışlasun! Xanım, hey!
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-kitabi-dede-qorqud-boy-11
Use ← → keys to move, R for a random poem
More by this author
İki kələ bir məclisə varanda,O məclisin halı pərişan olu.
Qənim üstəHay-hay deyib qənim üstə varanda,Kəllə gərək bu meydanda qalansın,
Qırat, gəlÇənlibeldən səni deyib gəlmişəm,Alma gözlü, qız birçəkli, Qırat, gəl!
QoymaramYığılsa, məxluqat, qurulsa məhşər,İsrafil surunu çala qoymaram,
Poems by other poets
Bir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.
ÖlkəmŞiş ucları buludlarla döyüşənDağlarında buzları var ölkəmin.
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!