Bağda sarı yarpaqlarıHarayasa daşıyır bir qocakiçik əl arabasında.Bir kədər duyuramyarpaqların bağıbeləcə tərk etməsində.Bir zaman vardı,Bu yarpaqlar yaşardıçinarın budaqlarında.Səsi də var idi, nəğməsi də.Çadır-çadır kölgəsi də.İndisə,bir arabaya yığıblar qalaq-qalaq,Harasaya atılacaq...Bu da bir həyatdır,yarpaq həyatı...Bu da bir ömürdür,yarpaq ömrü...Gedənlər qayıtmır bir də geri.Gəldi...Yaşadı...Getdi...Demək hər şey bitdi.Düşünürəm,nə yaxşı ki, bağ var, çinar var.Nə yaxşı ki,təbiətdə bahar var...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets