Özü tək gedə, tək gedə
İgid gərək yar sevməyə,Özü tək gedə, tək gedə...Müxənnət qəddin əyməyə,Özü tək gedə, tək gedə...
Qəniminə qılınc çala,Ürəyinə talan sala.Düşməndən bac-xərac ala,Özü tək gedə, tək gedə...
Dola polad yarağına,Düşə igid sorağına.Yüz tülkünün qabağına,Özü tək gedə, tək gedə...
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-ozu-tek-gede-tek-gede
Use ← → keys to move, R for a random poem
More by this author
QANLI QOCA OĞLI QANTURALI BOYINI BƏYAN EDƏR, XANIM, HEY-HEY!Oğuz zamanında Qanlı qoca, deyərlərdi, bir gürbüz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. Adına Qanturalı derlərdi. Qanlı qoca aydır: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdm tutdım. Yarınkı gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğul, gəl səni evərəyim!” - dedi. Oğlan aydır: “Baba, çün məni evərəyim dersən, mana layiq qız necə olur?”
Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edərQAZILIQ QOCA OĞLI YEGNƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY!Qam Gan oğlı xan Baymdır yerindən durmışdı, qara yerin üzərinə ağ-ban evin dikmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri söhbətə dərilmişdi. Yemə-içmə idi.
Basat Təpəgözü öldürdügi boyı bəyan edərMəgər, xanım, bir gün Oğuz oturarkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdma qondı. Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: “Xanım, sazdan bir aslan çıqar, at urar, apul-apul yüriyişi adam kibi. At basuban, qan sümürər”.Aruz aydır: “Xanım, ürkdigimiz vaqtm düşən mənim oğlancığımdır, bəlkə?” - dedi. Bəglər bindilər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdılar. Aruz oğlanı alub evinə gətürdi. Şadılıq etdilər. Yemə-içmə oldı. Amma oğlanı nə qədər götürdilərsə, durmadı, gerü aslan yatağına vardı. Gerü tutub gətürdilər.
Bəkil oğlı Əmranın boyını bəyan edərBƏKİL OĞLI ƏMRANIN BOYINI BƏYAN EDƏRQam Gan oğlı xan Baymdır yerindən durmışdı. Ağ ban evini qara yerin üzərinə dikdirmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalıcası döşətmişdi. İç Oğuz Daş Oğuz bəgləri yığnaq olmışdı.