QAZILIQ QOCA OĞLI YEGNƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY!
Qam Gan oğlı xan Baymdır yerindən durmışdı, qara yerin üzərinə ağ-ban evin dikmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri söhbətə dərilmişdi. Yemə-içmə idi.
Qazılıq qoca, deyərlərdi, bir kişi var idi. Baymdır xanın vəziri idi. Şərabın itisi başına çıqdı. Qaba dizin üzərinə çökdi. Baymdır xandan aqm dilədi. Baymdır xan dəstur verdi: “Nerəyə dilərsən, var!” - dedi.
Qazılıq qoca iş görmiş, iş yarar adam idi. Yarar qocaların yanma cəm eylədi. Yadığı-yarağıyla yola girdi. Çoq dağlar, dərə-təpə keçdi. Günlərdə bir gün Düzmürd qalasına gəldi. Qara dəniz kənarında idi. Ana irübən qondılar.
Ol qalanın bir təküri var idi. Adma Arşun oğlı Dirək təkür deyərlərdi. Ol kafirin altmış arşun qaməti vardı. Altmış batman gürz salardı. Qatı-möhkəm yay çəkərdi.
Qazılıq qoca qalaya yetdüginləyin cəngə başladı. Pəs ol təkür qaladan daşra çıqdı. Meydana girdi, ər dilədi. Qazılıq qoca anı gördüginləyin yel kibi yetdi, yeləm kibi yapışdı. Kafirin ənsəsinə bir qılıc urdı. Zərrə qədər kəsdirəmədi. Növbət kafirə dəgdi. Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutub çaldı. Yalan dünya başına dar oldı. Düdük kibi qan şorladı. Qazılıq qocayı qarmalayıb-tutub qalaya qoydılar. Yigitləri durmayıb qaçdılar.
Qazılıq qoca tamam on altı yil hasarda tutsaq oldı. Sonra Əmən deyərlərdi, bir kişi altı kərrə varub hasarı alımadı. Məgər, xanım, Qazılıq qoca tutsaq olduğı vaqt bir oğlancığı vardı, bir yaşında idi. On beş yaşma girdi, yigit oldı. Babasın öldi bilürdi. Yasaq eyləmişlərdi. Tutsaq olduğm oğlandan sıqlarlardı. Ol oğlanın adına Yegnək derlərdi. Günlərdə bir gün Yegnək oturub bəglər ilə söhbət edərkən Qaragünə oğlı Budağ ilə uz düşmədi. Bir-birinə söz atışdılar.
Ensiklopediyada “derlərdi” getmişdir. - Red.

Budaq aydar: “Bunda laf urub nedirsən? Çünki ər dilərsin, varub babanı qurtarsana! Nə on altı yıldır, tutsaqdır?” - dedi.
Yegnək bu xəbəri eşidcək yürəgi oynadı, qara bağrı sarsıldı. Qalqdı, Baymdır xanın nəzərinə vardı. Yüz yerə qodı, aydır:
Alan sabah sapa yerdə dikiləndə ağ-ban evli!
Atlas ilə yapılanda gög sayvanlı!
Tövlə-tövlə çəkiləndə şahbaz atlı!
Çağıruban dad verəndə yola çavuşlı!
Yağ töküləndə bol nemətlü!
Qalmış yigit arxası,
Bizə miskin umudı!
Türküstanın dirəgi!
Tülü quşun yavrısı!
Amit soyının aslanı!
Qaracığın qaplanı!
Dövlətlü xan, mədəd!
Mana ləşkər ver,
məni babam tutsaq olduğı qalaya göndər! - dedi.
Baymdır xan buyurdı: “Yigirmi dörd sancaq bəgi gəlsün!” dedi. Əvvəl Dəmür qapu Dərvəndində bəg olan, qarğu sügü ucmda ər bögürdən, qırıma yetdügində kimsən deyü sormayan Qıyan Selcik oğlı Dəli Dondar səninlə bilə varsun! -dedi. Ayğır gözlər yüzdürən, əlli yeddi qalanın kəlidin alan İlək qoca oğlı Dülək Uran bilə varsun! -dedi. Qoşa bürcdən qayın oqı əglənməyən Yağrıncı oğlı İlalmış səninlə bilə varsun! - dedi. Üç kərrə yağı görməsə, qan ağlayan Toğsun oğlı Rüstəm bilə varsun! - dedi. Əjdəhalar ağzından adam alan Dəlü Əvrən bilə varsun! “Yerin bir ucmdan bir ucma yetim!” deyən Savqan Sarı bilə varsun! Sayılmağla Oğuz ərənləri dükənsə olmaz. Baymdır xan yigirmi
^ SBSK**-
dört bahadır sancaq bəgini Yegnəgə yoldaşlığa bilə qoşdı. Bəglər cəm olub, yaraqların gördilər. Məgər ol gecə Yegnək düş gördi. Düşin yoldaşlarına soyladı, görəlim, xanım, nə söylədi. Aydır: “Bəglər, ğafillücə qara başım gözüm uyxuda ikən düş gördi. Ala gözüm açuban, dünya gördüm. Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ aşıqlı alpları yanıma saldım. Ağ saqallu Dədə Qorqutdan ögüt aldım. Ala yatan qara dağları aşdım. İlərü yatan Qara dənizə girdim. Gəmi yapub, kömləgim çıqardım, yelkən qurdum. İlərü yatan dənizi dəldim-keçdim. Ötəgi qara dağın bir yanında altı başı balqar bir ər gördüm. Qalqubanı yerimdən uru durdum. Qarğu dillü uz sügümi qapdım, qarşulayu ol ərə vardum. Qarşusından ol əri sancasum vaqt dikdim, göz ucıyla ol ərə baqdım. Dayım Əmən imiş, anı bildim. Döndüm ol ərə salam verdim. Oğuz ellərində kimsən, dedim. Qapaqların qaldırıb yüzümə baqdı: “Oğul, Yegnək, qanda gedərsən?” - dedi-söylədi. Mən ayıtdım: “Düzmürd qalasına gedərəm. Babam anda tutsaq imiş”, -dedim. Burada dayım mana soyladı, aydır:
Yettügimdə yel yetməzdi yedi urğunum,
Yeni Bayırın qurdma bənzərdi yigitlərim.
Yedi kiş ilə qurulurdı mənim yayım!
Qayın dalı yeləgindən sum altunlu mənim oxum!
Yel əsdi, yağmur yağdı, bunı qopdı,
Yedi qatla vardım, ol qalayı alımadım,
gerü döndüm.
Məndən dəxi ər qopmayasan, Yegnəgüm, dön! - dedi
Yegnək düşində dayısına soylamış, aydır:
Qalqubanı yerindən durduğında
Ala gözlü bəg yigitləri yanına salmadın.
Adı bəllü bəglərlə sən yortmadın.
Beş aqçalu əlüfəçilər yoldaş etdin.
Anunçun ol qalayı sən alımadun! -demiş.
Bu sözləri “alnı-başı balqır” oxumaq münasibdir. “Balqır”m qədim türkcədə “yaralı” mənasını nəzərə aldıqda “alm-başı yaralı bir ər gördüm” cümləsi aydın fikir bildirir. - Red.
-«|s§!gW**-

Kəsə-kəsə yeməgə yəxni yaxşı.
Kəsər gündə sərçeşmə yügrək yaxşı.
Daim gəldügində dursa, dövlət yaxşı.
Bildügin unutmasa, aqıl yaxşı.
Qırımından dönməsə-qaçmasa, ərlik yaxşı, - dedi.
Bu düşi Yegnək yoldaşlarına hekayət eylədi.
Məgər dayısı Əmən ol arada yaqın idi. Cümlə bəglərlə yoldaş olub getdilər. Ta ki, Düzmürd qalasına yetdilər. Çevrə alub getdilər, qondılar. Çünki kafirlər bunları gördilər. Arşun oğlı Dirək təkürə xəbər verdilər. Ol məlun dəxi qaladan taşı gəlüb, bunlara müqabil oldı, ər dilədi. Qıyan Selcik oğlı Dəli Dondar yerindən durı gəldi. Altmış tutam sür cidasm qoltuq qısub, ol kafiri qarşusmdan süsəm dedi, süsəmədi. Kafir təkür qarmalayıb zərb etdi. Sügüsin çəkdi, əlindən aldı. Ol altmış batman gürz ilə Dondan dəpərə tutub çaldı. Gen dünya başına dar oldı. Qazılıq atın döndərdi, qayıda döndi. Andan Dönə bilməz Dülək Uran altı pərlü çomağıyla at dəpüb, gəlüb yuqarıdan aşağa kafiri qatı urdı, alımadı. Təkür qarmalayıb əlindən çomağın aldı; anı dəxi gürz ilə urdı. Ol dəxi Qazılıq atm döndərdi, qayıda döndi. Xanım, yigirmi dört sancaq bəgi təkür əlində zəbun oldı.
Pəs Qazılıq qoca oğlı Yegnək-tazə yigitcik Yaradan Allaha sığındı. Bizəval məbudı ögdi. Aydır:
Yucalardan yucasan,
Kimsə bilməz necəsən, əziz Tanrı!
Anadan toğmadın sən, atadan olmadın.
Kimsə rizqin yemədün.
Kimsəyə güc etmədin.
Qamu yerdə əhədsən, Allahu səmədsən!
Adəmə sən tac urdun,
Şeytana lənət qıldın.
Bir suçdan ötüri dərgahdan sürdün.
Nəmrud gögə ox atdı,
Qamı yarıq balığı qarşu tutdun.
Yegnək genə aydır:
^ SBgfe|**-

Ululuğuna həddin,
sənin boyun-qəddin yoq!
Ya cismlə cəddin yoq!
Urduğm ulatmayan ulu Tanrı!
Basduğın bəlürtməyən bəllü Tanrı!
Götürdügin gögə yetürən görklü Tanrı!
Qaqıduğm qəhr edən qəhhar Tanrı!
Birligünə sığındım, çəlabım,
Qadir Tanrı!
Mədəd səndən!
Qara donlu kafirə at dəpərəm,
işümi sən onar! - dedi.
Həman dəm at saldı. Yel kibi yetdi, yeləm kibi yapışdı. Kafirin çigninə bir qılıc urdı. Geyimini-keçimini doğradı. Altı parmaq dərinligi zəxm irişdirdi. Qara qanı şorladı. Qara sığırı soqmanı dolu qan oldı. Qara başı bunaldı, bunlu oldı. Haman döndi, qalaya qaçdı. Yegnək ardından yetdi. Hasar qapusına girmişkən qara polat uz qılıca ənsəsinə eylə çaldı kim, başı tob kibi yerə düşdi. Andan Yegnək atın döndərdi, ləşkərə gəldi...
Tutsaq olan Qazılıq qocayı salı vermişlər. Çıqub gəldi. “Hay, bəg yigitlər, kafiri kim öldürdi?” deyü soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qaytabanın mayasını yüklü qodum,
Nərmidir, mayamıdır, anı bilsəm.
Qara ayılum qoyunını yüklü qodum,
Qoçmıdır, qoyunmıdır, anı bilsəm.
Ala gözlü görklü halalım yüklü qodum.
Erkəkmidir, qızmıdır, anı bilsəm.
Mərə, bəg yigitlər, xəbər mana,
Yaradanın eşqinə! - dedi.
Yegnək burada soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qaytabanın mayasını yüklü qodun, -
nər oldı!
-«|s§ SsS**-

Qara ayıllu qoyunını yüklü qodun, -
qoç oldı!
Ala gözlü görklü halalın yüklü qodun, -
aslan oldı! - dedi.
Yegnək babasıyla görüşdi. Əldən qalan bəglər görüşdi. Pəs bir uğurdan bəglər hasara yüriş etdilər, yağmaladılar.
Babasıyla Yegnək gizlü yaqa tutuban yiləşdilər. İki həsrət bir-birinə buluşdılar; issüz yerin qurdı kibi ulaşdılar. Tanrıya şükrlər qıldılar. Qalanın kəlisasın yıqub, yerinə məscid yapdılar. Əziz Tanrı adına qudbə oqıtdılar. Quşun ala qatını, qumaşın arusmı, qızın gögçəgini, doquzlama çırğab çuqa Bayındır xana pəncik çıqardılar. Baqisin ğazilərə bəxş etdilər. Döndilər, evlərinə gəldilər.
Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı. Bu oğuznamə Yegnəgin olsun! - dedi. Yum verəyin, xanım:
Yerlü qara dağlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Axır-sonı arı imandan ayırmasun!
Ağ alnunda beş kəlmə dua qıldıq,
qəbul olsun!
Günahınızı adı görklü
Məhəmməd Mustafa yüzi suyma bağışlasun!
Xanım, hey!!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets