Qıratın üstündə, ərlər yanında,Dağları, daşları gəzər Koroğlu.Hərdən acıqlanıb, nərə çəKəndəYagılar bağrını əzər Koroğlu.

Meydana girəndə hünər eləyər,Leş qalar bir yanda, kəIIə söyləyər,Yüz sar gəlsə, bir tərlana neyləyər?Laçın tək havada süzər Koroğlu.

Mərd meydandan qaçmayıbdır yaşında,Dəlilərin cəm görmüşəm başında,Düşməni sındırır tər savaşında,Günün deyər şlrə bənzər Koroğlu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edər

DUXA QOCA OĞLI DƏLİ DOMRUL BOYINI BƏYAN EDƏR, XANIM HEY!Məgər xanım, Oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, “Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənfimlə savaşa, - derdi; mənim ərligim, bəhadirligim, cılasunligim, yigitligim Ruma, Şama gedə çavlana”, - derdi.

9 min
Qanlı Qoca oğlı Qanturalı boyını bəyan edər

QANLI QOCA OĞLI QANTURALI BOYINI BƏYAN EDƏR, XANIM, HEY-HEY!Oğuz zamanında Qanlı qoca, deyərlərdi, bir gürbüz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. Adına Qanturalı derlərdi. Qanlı qoca aydır: “Yaranlar, atam öldi, mən qaldım. Yerin-yurdm tutdım. Yarınkı gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən, oğul, gəl səni evərəyim!” - dedi. Oğlan aydır: “Baba, çün məni evərəyim dersən, mana layiq qız necə olur?”

17 min
Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edər

QAZILIQ QOCA OĞLI YEGNƏK BOYINI BƏYAN EDƏR, XANIM, HEY!Qam Gan oğlı xan Baymdır yerindən durmışdı, qara yerin üzərinə ağ-ban evin dikmişdi. Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək xalıcası döşənmişdi. İç Oğuz, Daş Oğuz bəgləri söhbətə dərilmişdi. Yemə-içmə idi.

7 min
Basat Təpəgözü öldürdügi boyı bəyan edər

Məgər, xanım, bir gün Oğuz oturarkən üstinə yağı gəldi. Dün içində ürkdi, köçdi. Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. Oğuz genə əyyamla gəlüb, yurdma qondı. Oğuz xanın ilqıçısı gəlüb xəbər gətürdi. Aydır: “Xanım, sazdan bir aslan çıqar, at urar, apul-apul yüriyişi adam kibi. At basuban, qan sümürər”.Aruz aydır: “Xanım, ürkdigimiz vaqtm düşən mənim oğlancığımdır, bəlkə?” - dedi. Bəglər bindilər. Aslan yatağı üzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdılar. Aruz oğlanı alub evinə gətürdi. Şadılıq etdilər. Yemə-içmə oldı. Amma oğlanı nə qədər götürdilərsə, durmadı, gerü aslan yatağına vardı. Gerü tutub gətürdilər.

12 min

Poems by other poets