Can qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.Dodaqları qönçə, yanağı lala,Hər gün sənə qonaq gəlsə, yaxşıdır.

Bir mərmər sinəli, bir mina gərdən,Sənlə ülfət qıla, otura hərdən,Küsüb-barışmaqdan, nazdan, qəmzədən,Şirin-şirin deyib-gülsə yaxşıdır.

Bivəfa əlində tez qocalınca,Qədirbilməz ümidinə qalınca,Bədəsil gözələ urcah olunca,Xəstə Bayraməli ölsə, yaxşıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets