Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.

Kufri-zülfün dinu imanıma cox şaiq olub,Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.

Yoxdu hicranına könlümdə dəxi tabu təvan,Nə belə talib olubsan bu dilazarlığa?

Qamətinlə nə rəva sərv bərabər ola kim,Xeyli muşkuldu o gəlsin belə rəftarlığa.

Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb,O səbəb salmış ozun gulşən ara xarlığa.

Etməzəm şikvə gozundən nə qədər qılsaMəst olan mail olar cünki cəfakarlığa.

Fələyin mahın edib mehri-ruxun sərkərinə,Gah verir nur ona, gah salır tarlığa.

Maqta — the closing couplet bearing the poet’s pen name. Olma divanə, o zulfi-xəmə meyl etmə,Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love