Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.

Nə olar türreyi-zülfün kimi bir sünbuli-tər,Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz.

Nə qaşın tək fələk uzrə olu bir tazə hilal,Nə camalın kinıi bir mehri-dirəxşan olmaz.

Nə gözün tək olu bir turki-kəmandari-cəri,Nə müjən tək can alan navəki-peykan olmaz.

Husni-ruxsarına cox kimsənə maildi, vəli,Ey mələkzadə, sənə mən kimi heyran olmaz.

Gər səri-küyinə zahid deməsə xuldi-bərin,İncimə, sevdiyim, onlarda ki iman olmaz.

Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gərci aləmdə nəzakətli gozəl coxdu, Həsən,Leyk bu işvədə, bu qəmzədə canan olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love