Yaxşıdır
Nadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.Binamusun minnətini çəkincə,Cəlladlar dərimi soysa yaxşıdır.
Əzəldən bağlıyam sədaqətə mən,Amansız düşmənəm xəyanətə mən,Əgər möhtac olsam müxxənətə mən,Əzrayıl qapımı döysə yaxşıdır.
Bayraməli hər yetənə dost demə,İnsan oğlu gərək halal süd əmə.Namərd məlhəm eyləyincə sinəmə,Mərd əlindən güllə dəysə yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-bayrameli-yaxsidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,