Təzə başlanan ömür
Öz köçünü çəkirdi qoca nənə qüruba,Yığılmışdı başına bütün qohum-əqrəba.Dodağına sıxmışdı oğlu onun əlini.Söykəyinə girmişdi gözüyaşlı gəlini.Can vermirdi fəqət o, vardı nəsə bir sözü,Axtarırdı nəyisə onun çəkişən gözü.Yuxudaydı elə bil, o hövlnak oyandı:“Körpə hanı?.. Qoymayın, suya düşər, amandı!..”Sayıqlayıb düşmüşdü zənn etməyin təşvişə,Nəvəsinin üstündə əsirdi o, həmişə.Təzə-təzə yeriyən körpə qanad açırdı,Fürsət gəzir, yol tapcaq arx üstünə qaçırdı,Qarı ora qoymazdı... gəzdirərdi çəməni.Gətirəndə nənənin hüzuruna körpəniArxayınca yumulan gözdən düşdü bir gilə.Min əzabla çatsa da qarı bu son mənzilə,Aha dönüb uçsa da axırıncı nəfəsiOnun təzə başlayan ömrü idi nəvəsi.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-teze-baslanan-omur
Use ← → keys to move, R for a random poem
More by this author
Məsləkim yolunda gəlsəm üz-üzəMəndən əfv ummasın doğma qardaşım.
GəlmişəmSəndən ayrılanda, dağlar, cavandım,İndi görüşünə qoca gəlmişəm.
Laçın qayasıQabarıq sinəli Laçın qayası,Nə qorxunc, heybətli görünüşün var!
BərədəÇatdıq qalın meşəyə, aşıb neçə yol, gədik,Hər ağaca burada inci düzmüş sırsıra.
Poems by other poets
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yaxşidur (Bir məclisə varanda...)Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi