Sən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.İndisə gör necə bədbəxt atayamOğul məzarına aparır yolum.

Ömrün qürub saatındaHər tale öz büsatında –Düşgün qoca qıvraq gəzir,Cavan yatır yer altında.

Açıq söylər neçə sirriMəharətli Qabil şeri –Qardaşyana desin görəkSəhv düşəndə nə ad verəkAta ilə oğul yeri?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate