Ey könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!

Neylərəm gülşən tamaşasmda nərgis söhbətin,Çün gedər hər söhbətimdən çeşmi-məstan, əlvida!

Bülbülə gül arzusu, aşiqlərə didari-dust,Bir bəladır müddəası ahü əfğan, əlvida!

Qalmadı gülşəndə səbzə, guhsarın laləsi,Görməyə bir daği-hicran çərxi-dövran, əlvida!

Sinəçak oldu qəmindən qönçələr fəsli-bahar,Qıldı rüxsarın xəyalı bağrmı qan, əlvida!

Şövq rüxsarın xəyalı gör nə qıldı bülbülə,Qəm budağmda oxur zarilə hər an, əlvida!

Maqta — the closing couplet bearing the poet’s pen name. Ayrılıqdandır bənövşə səmigun olmuş müdam,Ey Kərim, qıldı anı xak ilə yeksan, əlvida!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation