Yardin kam istəmək eşq əhlinə düşvar imiş,Aşiqə məşuqdən məqsud bir didar imiş.Gözlərindin günimi aldım, öpərdüm ləlinə,Bilməz idüm ol daği edən tiri-xunxar imiş.Tə'n edə təsbih ilə zahid bənim zünnarimə,Eylədüm biruluq ol daği birər yar imiş.Abi-kövsərdin bəni asudə qıldı cami-mey,Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş.Deyərdim hicran ilə olsam daği vəsli-səmən,Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş.Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq,Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş.Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini,Sadiqi, bu eşq sevdası əcəb bazar imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love