Könül, səbr et, gəl eyləmə əlaman,Səni bir gün o dildara yetirrəm.Ağlayıban növnə etmə şivəni,Şahqubada, o sərdara yetirrəm.

Bilirəm, qəriblik aldı qərarım,Çəkəcəksən hələ dərdini yarın.Kəsilibdi səbri bülbüli-zarın,Fəsli-bahar, gülüzara yetirrəm.

Kəriməm, halımdı çox-çox pərişan,Əritdi cismimi atəşi-hicran.Hanı, bu dünyada yoxdu bir insan,Deyə: səni mən o yara yetirrəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love