Oğluma nəsihət (Əgər olsaydı əql ilə dövlət)
Əgər olsaydı əql ilə dövlət,Olan əqli tapardı bəs izzət.Dövlət olsaydı gər fərasətlə,Niyə nadan olurdu dövlətlə?Bitəmizin əgərçi dövləti var,Qəm yemə, həq yanında hikməti var.Bəxtü dövlət deyil kəmal ilə,Tapmaq olmaz onu xəyal ilə.Belə cari olub qəzavü qədər,Hər kəsin layiqincədir işlər.Bil ki, təqdiri-əmrdir mazi,Ol qəzayi-xudayə sən razi.Dövlət olsaydı halüvə layiq,Etməz idi müzayiqə xaliq.Yoxdu xaliqdə zərrə büxlü həsəd,Bu xəyalı edən olur mürtədd.Sən çalış dövlət etməyə hasil,Gər müqəddər olub, olur vasil.Leyk çox ciddü cəhd bər verməz –Ki, kötüksüz ağac səmər verməz.Çox həris olma, ey məlaik xu,Cəhd yırtar çarıq, məsəldir bu.Danə səp, qıl təvəkkül Allahə,İşüvü qıl mühəvvəl Allahə.Gəlməmiş sən cahanə, ey dana,Ruzüvü qismət eyləyibdi xuda.Həq ki, müftə sənə veribdir can,Diş verən kimsənə verər həm nan.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ogluma-nesihet-eger-olsaydi-eql-ile-dovlet
Use ← → keys to move, R for a random poem
More by this author
Kəsdim o ləbi-ləlfəşandan rəğbət,Ol sərvi-qədü qönçə-dəhandan rəğbət.
Ey badi-səba, kuyinə yarın güzər etEy badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,
Ey qanə dönən rəşki-ləbindən yaqutEy qanə dönən rəşki-ləbindən yaqut,Öldür məni, ver ləli-ləbindən ya, qut.
Qurbanın olum, ey büti-şirinhərəkatQurbanın olum, ey büti-şirinhərəkat,Hər acı sözündür mənə bir qəndü nəbat,
Poems by other poets · Divine love
Bir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Haqdan peyğəmbərə salamAlimlər qövmüynən arifi aqil,Peyğəmbər mehraca dörd dəfə getdi.
Mənim tanrımHər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.