Mənim tanrım
Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,Hər kəsin bir eşqi, bir allahı var,Mənim tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;Sevgi xoşdur, sonu fəryad olsa da,Uğrunda mənliyim bərbad olsa da,Son dildarım gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,Sevgisiz bir başda əqrəblər gəzər,Nə görsəm, hankı bəzmə etsəm güzər,Həp duyduğum gözəllikdir, sevgidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-menim-tanrim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
GözlərinSusuyubdur genə kimin qanına,Xumar-xumar baxar hara gözlərin?