Şeir məftunu
Pürhəvəs şerə mübtəla bir qız,Nura aşiq sevimli bir yıldız.Kəndi bir şer-pürməlahət ikən,Şerə bilməm bu incizab nədən?!Daima gözlərində şer oqunur,Gəliyor iştə, həm də pək məsrur...Göydən enmiş mələk kibi pürnur,Göyə çıqmış bəşər kibi məğrur...Bu nə fitrət! Nə hali vəcdəfruz?İştə hər bir ədası taqətsuz.Nə qədər şairanə bir sima!Həp gözəlliklər onda cilvənüma...Bir həzin kölgə var o saçlarda,Gecə qoynunda bəsləmiş guya.Nə müəlla bəşər? Nə nazlı mələk!..Göydən əsla ayırmıyor gözünü,O bir afət, o bir sevimli çiçəkKi, öpər pənbə dalğalar yüzünü.Ona biganədir cahanda kədər,Daima şux, daima dilbər...Hüsnü eşq eyləsə təcəssüm əgər,Böylə bir qız qiyafətində gəzər.
-İstanbul.*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-seir-meftunu
Use ← → keys to move, R for a random poem
More by this author
Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Niçin?Bən niçin məsti-eşqi-yar oldum?Bu nə xülya ki, bən düçar oldum?
Niyə getdin? Niyə döndün? Niyə baxdın?Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Novruz bayramıİştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!
Poems by other poets · Love
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
MəhəbbətimizÖz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.