Məhəbbətimiz
Öz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.Birinci o gözlər əks edir ancaqTale dəyişirsə əgər rəngini.
Sevənlər bir məna, bir ahəng bilir:Sevgidə sədaqət, sözdə etibar.Təbiət yeddi səs, yeddi rəng bilir,Eşqin bir rəngi var, bircə səsi var.
Əsil məhəbbətçün deməz bir insanQoltuq ağacına möhtac şildir o.Öz himni, öz gerbi, bayrağı olanAzad ölkə kimi müstəqildir o.
Gəl qalxaq yüksəyə eşqin özündən,Eşqin özünü də bürüsün heyrət.Kədərin rəngini ana gözündənSilər əlləriylə belə məhəbbət.
Gəl eşqi taleyə tapşırmayaq biz,Dörd yana üz tutur xam kəhər kimi.Qoy çıxsın orbitə məhəbbətimizSəmaya tuşlanan raketlər kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-mehebbetimiz
Use ← → keys to move, R for a random poem