Yanaqlar odlu lalə
Yanaqlar odlu lalə,Saçlar qara şəlalə,Qaşlara bax, qaşlara,Dartılıb halə-halə.Qızlar belə deyildiBiz tələbə olanda.
Qırçınlı ipək donuGözəl göstərir onu.Sanki bəyaz mərmərdənMikelancelo yonub.Qızlar belə deyildiBiz tələbə olanda.
Qara gözlər badamı,Dəli elər adamBir yol dönüb baxmaqlaYandırıbsan atamı.Qızlar belə deyildiBiz tələbə olanda.
Telləri çətir-çətir,Oğulsan davam gətirGözünün zülmətindəAdam yol azır, itir.Qızlar belə deyildiBiz tələbə olanda.
Danışır — sözü nəğmə,Yeriyir — izi nəğmə,Belə məftun etməyibHeç zaman bizi nəğmə.Qızlar belə deyildiBiz tələbə olanda.
Hər gülü dərməmişik,Yara göndərməmişik,Yəqin biz səhv etmişik.Biz fikir verməmişik,Qızlar elə beləymişBiz tələbə olanda.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-yanaqlar-odlu-lale
Use ← → keys to move, R for a random poem