Şəhid meşə
O uzaq illərin xatirəsidirÜrəyi kövrəldən, gözü yaşardan.Bu, Kürün kədərli hekayəsidir,Yadıma düşdükcə yanıram, inan.
Sahildə zümrüdü bir meşə vardı,Söyüdlü, çinarlı, ağcaqovaqlı.İlboyu bir yaşıl süfrə açardıq,Budağı yuvalı, qoynu qonaqlı.
Meşəni insanlar salmamışdılar,Nə bir alın təri, nə əl qabarı.Anamız təbiət özü bir baharƏkmişdir sahilə bu ağacları.
Kür o il aşmışdır uca bəndi də,Qala bilməmişdir öz məcrasında.Mənim doğulduğum Muğan kəndi dəBir ada olmuşdur su səhrasında.
Elə bil başını itirmişdir Kür,Gözümdən qovmuşdur şirin yuxumu.Daşanda özüylə gətirmişdir KürSahilə nə qədər ağac toxumu.
Elə ki Kür yatdı,Həmin toxumlarCücərdi, boy atdı gündə bir çərək.
Üstündən keçməmiş üç qış, üç baharBir meşə oldu ki, lap şəklini çək,
Gəldi qucağına onun el, elat,Süfrələr salındı kölgəliklərə.Daşanda Kürümü söyən camaatOna “sağ ol” dedi meşəyə görə.
Sonra gözə girib yer əkmək üçünTorpaq “lazım oldu” kolxoz sədrinə.O gəlib meşəni qırdırdı bir gün,Toxundu çiçəyin, gülün xətrinə.
Ağaclar yıxıldı qollu-budaqlı,Yuvalar dağıldı çolpalarıyla.Çinarlı, söyüdlü, ağcaqovaqlıMeşə yoxa çıxdı sıx qatarıyla.
Sədr bostan əkdi meşə yerində...Torpağın nə yaman həkkəsi varmış.Ağılsız, vicdansız tədbir görəndəTorpaq da insandan qisas alarmış.
Bircə şamama da bitirmədi yer,Çayır yorğan kimi örtdü torpağı.Sədri muradına yetirmədi yer,Qazancı nə oldu?Elin danlağı.
Hər kəndə gedəndə dinləyirəm mənŞəhid bir meşənin şikayətini.Özün bir şitil də əkməmisən sən,Qoruya bilməzsən el sərvətini.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-sehid-mese
Use ← → keys to move, R for a random poem
More by this author
Bağışlaya bilmirəm, yaman sınıbdır ürək,Sevirdim, sevdiyimi indi sevə bilmirəm.
Xəzəri bulanıq gördüm bu axşamXəzəri bulanıq gördüm bu axşam,Ərşə çəkilmişdir mavi şəffaflıq.
Gecikmiş sərnişinBütün sərnişinlər tutdular yeri,Qatar səsli-küylü yola düzəldi.
Bakıda istiYaman isti keçir bu il havalar,Bürkü asılıbdır göydən cunatək.
Poems by other poets · Nature and spring
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
La'ali-Manzuma, chapter 62دلا تا کی در این عالم غم و جور و محن بینیبکار خویشتن هردم دو صد عقد و شکن بینی
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,