Yaman isti keçir bu il havalar,Bürkü asılıbdır göydən cunatək.Havada qurğuşun ağırlığı var,Bir udum meh ola, bir əsim külək!

Gedirsən – üzünə alov toxunur,Durursan – ayağın yapışır yerə.Bürkü gözlərindən qovur yuxunu,Damlarda əriyir qır qətrə-qətrə.

Gündüzdən qızıbdır daş da, divar da,Gecəyə baxırsan gündüzdən isti,Büzüşüb, soluxub göy yarpaqlar da,Bir yanar tonqaldır evlərin üstü.

İnsan gileyini, şikayətiniSanki eşitmişdi ana təbiət.Axır ki, göstərdi mərhəmətini,Buz rəngli bir xəzri əsdi nəhayət.

Əsdi, iqlim-iqlim qovdu bürkünü,Solan yarpaqlar da qalxdı, dikəldi.Hərarət götürüb qalın kürkünüHarasa uzağa qaçdı, əkildi.

Mahir təbib idi xəzri elə bil,Düşdü qızdırmadan yer üşütməyə.Təbiət bir zalım hökmdar deyil,İnsan nalə çəkə, o eşitməyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets