Dedilər quruyur mənim Kür çayım,Yerimdə quruyub qaldım, a dostlar.Axı, odur mənim baharım, yayım,Onda tükənməyən nemətlərim var.

Bu möhnət ağrılı, bu həsrət yüklüÜrəyim yanmazmı Kür quruyanda?Deyin, gümüş tozlu, yaşıl hörüklüO salxım söyüdlər neyləyər onda?

Neyləyər çöllərim, barlı bağlarım?Yox, yox, bircə günüm Kürsüz olmasın!Cadar-cadar olan bu dodaqlarımOnun boz suyuna həsrət qalmasın.

Qurusa, ağlayıb göz yaşlarımıOnun məcrasına axıdaram mən;Yüz min il sonrakı yağışlarımıYağdırıb tökərəm ora indidən.

Bütün yer üzünə haray salaram,Baxmaram dostumdur, ya düşmənimdir –Çayından, gölündən borc su alaram...Kür özgənin deyil, axı, mənimdir!

Günəşin özünü çəkib səmadan,Ahımla əridib mən su eylərəm,Onun yatağına tökərəm, inan!Bunu bacarmasam, qardaş, ölərəm.

Kür – saysız zəmili, binəli, bağlıNəğməm, şeriyyətim, ürəyim, canım.Kür – geniş süfrəli, əziz qonaqlıEşqim, səadətim – Azərbaycanım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets