Dördkünc günəşlər
Axşam düşür...Evlərin kölgələri uzanır,Evlərin divarında dördkünc günəşlər yanır.Günəşlər...Solğunu var, parlağı var, nurlusu var,Aydın, uğursuzu var,Tutqun – uğurlusu var.Birində cingiltili körpə gülüşü yanır,Birində məhəbbətin ilkin görüşü yanır.Birində sönüb gedən həyatın son ziyası.Birində yas,Birində şən “Vağzalı” havası.Birində nur zəkası bir xalqın, bir millətin,Birində son çınqısı sönən qara niyyətin.Biri sönür,O biri sübhə qədər alışır,Biri Ayla, ulduzla, kəhkəşanla danışır.Hərəsində bir tale,Ağlı-qaralı xəbər...Dan yeri qızarınca yanır dördkünc günəşlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-dordkunc-gunesler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Uzaq vilayətə qonaq gedirdim,Mehrü məhəbbətim yanımı kəsdi.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,