Narbənd ağacı
Məmməd ArazaBir ağac görmüşəm Naxçıvanda mən,Çətrinin altına sığar bir aləm.Vətən bağlarından, meşələrindənKeçmişəm – narbəndə rast gəlməmişəm.
Uzaqdan deyərsən zümrüd barı var,Zümrüd parçasıdır hər bir yarpağı.Lakin nə üstündə qızıl narı var,Nə bənd-bənd göyərir qarğısayağı.
Bəs niyə adını qoyublar narbənd?Deyirlər kəsilir nəsli ilbəil.Nə calaq götürür, nə də ki, peyvənd,O nə toxum verir, nə də bir şitil.
Payız küləyilə, qış sazağıyla,Yay da günəşiylə onu qovurur.Narbəndsə zümrüdü qol-budağıylaBaharı yaşadıb yamyaşıl durur.
Elə bil çəkiblər zümrüd suyuna,Görənlər ya küknar, ya şamdır deyir.Onun çətirinə, onun boynunaUzaqdan baxanlar ehramdır deyir.
Kimsədən istəmir bircə qətrə su,Kimsə gövdəsinə çəkməyib tumar.Yay od ələyəndə, sinə dolusuAltında sərinlik udub yolçular.
Şaxta qovuranda, leysan yağandaSığınıb çətrinə bir bölük adam.Palıd parçalayan şimşək çaxandaİnsana ev olub, mal-qaraya dam.
Kimsəyə fərq qoymur – gəldi-gedərdi –Buraxır hamını öz kölgəsinə.Yamyaşıl çətri də sanki sipərdi,Borana, tufana hey gərir sinə.
Fəqət zaman keçir – azalır narbənd,Deyirlər kəsilir nəsli ilbəil.Nə calaq götürür, nə də ki, peyvənd,O nə toxum verir, nə də bir şitil,
Zirvəsi buludda, kökləri yerdə,Dayanıb müdrik bir ağsaqqal kimi.Bəlkə çıxmayacaq sabaha bir də,İtəcək yamyaşıl bir xəyal kimi.
O, bunu düşünmür, düşünmür əsla,Sanki unudubdur öz həyatını.Yenə də əvvəlki o ehtiraslaAçır gələnlərə qol-qanadını.
Belə gəlib-gedir bizim varlığa,Döyür dönə-dönə onu külək, qar.Ən böyük hünərə – fədakarlığaZərbi-məsəl edir onu adamlar.
O tənha narbəndi seyr edirəm mən,Yaddaşda onuntək qalaydıq, ay dost!Heç nə istəməyən, nəyi var verənBir narbənd ağacı olaydıq, ay dost!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-narbend-agaci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
تا کنی عقده اشک از دل من باز امشب
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Mövizə: Cahani-faniyənin axırı fənayətdirCahani-faniyənin axırı fənayətdir,Bu bir səhih süxən müxtəsər hekayətdir
Əvvəl AllahƏvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!