Çəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,Gözlərə demə ki, nur görməyəsən,Ağaca demə ki, barsız qalasan.

Göylərə demə ki, Aysız olasan,Günəşsiz olasan ömrün boyunca.Torpağa demə ki, çaysız olasan,Yanıb, içməyəsən su da doyunca.

Ürəyə demə ki, arzusuz, kamsızQalasan sinədə boş qəfəs kimi.Şairə demə ki, sözsüz, ilhamsızKöçəsən dünyadan quru səs kimi.

Demə ki, bir igid qılıncsız, atsız,Bir ellər gözəli sevənsiz olsun,Demə ki, göl susuz, qartal qanadsız,İnsan elsiz olsun, vətənsiz olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland