Əshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.Bildim vətənin qədrini etdim də sədaqət,Çünki çatar insana sədaqətlə şərafət.Hübbülvətən övladıma məndəndi vəsiyyət,İnsanlara fərz olmalıdır qeyrəti-millət.

İnsan olubən bil nədi qüdsiyyəti-insan,Mənsəb haradır, ya ki, nədir mənbəyi-iman,Hübbülvətən olmaz, gedər iman ilə ərkan,Ondan sora bilməzlər, heyvanmısan, insan,İnsan olan etsin gərək həmnov’unə xidmət,İnsanlara fərz olmalıdır qeyrəti-millət.

Baş ver vətən uğrunda hər əbnayi-vətənsən!Baş verməsən insan nə ki, bir zağu zəğənsən!Ey ol kişi, sən ki, vətən alamı çəkənsən,Əhsən sənə, sən millətə nəzhətli çəmənsən!Olsun gərək hər fərdi-yaranmışda həmiyyət,İnsanlara fərz olmalıdır qeyrəti-millət.

Loğmana dedi bir kişi, ey arifi-kamil,Bu əql ki, var məndə nədir bundakı hasil?Bu növ cavab aldı ki: əql olmasa zail,İnsan eləməz qeyrəti-millətdə təğafil!Əql olmasa olmaz təni-insanidə qeyrət,İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Yatdıq nə qədər naz ilə indisə ayılmaq,Başdan keçib heysiyyəti-milliyyə qazanmaq,Can ilə təlaş eləyibən qana boyanmaq,Bir əmri-müqəddəsdi vətən qeydinə qalmaq,Qoy qanını töksünlə, qıl isbati-şəhadət,İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Baş verməyən insanın hüququ verilməz,Yüz kimsə əgər ölməsə min kimsə dirilməz,Millətdə tifaq olmasa asayiş edilməz,Əfsus ola bir millətə öz qədrini bilməz,Bilməz nədi qeyrət, nədi millət, nədi himmət.İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Bu rahdə çox kimsələr ad eylədi getdi,Zindanlara düşdüsə də hürriyyətə yetdi,Hürriyyəti insanlar əsarətlə yeritdi,Öldü, özü ölməklə hamı həqqi diriltdi.Yatmaq ilə verməzlə musavatü ədalət,İnsanlara fərz olmalıdır qeyrəti-millət!

İnsanda əgər olsa təcəllayi-kəmalət,Mə’yubilər öz eybin edəmməz ona isbat,Var olsa əgər bizdə ülumi ədəbiyyat,Şamil olar əhvalımıza feyzi-musavat,Hər ləhzə, Səid, eylə bu əfradə xitabət,İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland