Xəstəxana qucağındaSəsin gəldi otağıma.Ürək yaxan bu çağımdaGülüş qondu dodağıma,

Əlim çiçək dəstələdi,Qəlbim nəğmə bəstələdi,Telefonun dəstəyiniMöhkəm sıxdım yanağıma.

Bu səs şəfa çeşməsiydi,Bu səs həyat nəfəsiydi.Bu səs günəş zərrəsiydiSəpələndi yatağıma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring