El acından qırılır, dava miz üstündə gedir,Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.

Neçə ildir seçirik, göz daha seçmir, kor olub,Kor olanlar da ki, əvvəlki iz üstündə gedir.

Nə yazırsan, gözüm üstə, ver onu nəşr eləyim,Gözüm üstə deyirəm, çünki göz üstündə gedir.

O qədər vədi şirindir ki, tutulmuş şəkərə,İşinin xatirinə halva söz üstündə gedir.

Palan üstündə olanlar seçib öz seçdiyiniPalan altında qalanlarsa biz üstündə gedir.

Afiristlər özünü güclü fiqur saydıqca,Füquristlər çoxalır, «qonka» buz üstündə gedir.

Özü dəyməz qəpiyə, qul bazarından qul alır,«Aparat» zənginə əmma ki, diz üstündə gedir.

O bir Allahın adından biri pünhandı bizə,Zamanın Sahibinini ismi yüz üstündə gedir.

Payızın şimşəyi Pünhanda çaxar, tufan olar,Hələ pünhan buludum göy dəniz üstündə gedir.

8 sentyabr 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring