Bü mücərrəd qurumun keçmişi üç nöqtə olub,Biri bir nöqtə olubsa, beşi üç nöqtə olub.

Neçə yol baş dəyişib, şapka həmən şapka qalıb,Papağı şapkalanan çox kişi üç nöqtə olub.

Qarabağ taleyini Bermuda oxşar eləyən,O səbəbdir ki, onun keçmişi üç nöqtə olub.

Başı yoxdursa da baş qoşmağa məcbur olunub,Verilən əmrə görə təftişi üç nöqtə olub.

O zamandan ki, dönüb qarğışa dillərdə dua,Ulu şahlar da əsib, təşvişi üç nöqtə olub.

Zamanın Sahibi Pünhan, yetirincə özünü,Üzü dönmüş fələyin gərdişi üç nöqtə olub.

12 avqust 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland