Borc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.

Qarabağ davası bu millətin açdı içini,Qara ağdan belə ayrıldı, səbəbkarə şükür.

Seçkilər vaxtı bir az zəhrimar atdı, yaşadıq,İndisə təkcə zəhərdir, o zəhrmarə şükür.

Nə pulum var, nə işim var, nə bir əynim, nə başım,Atmayıbdırsa mitilmi bayıra, yarə şükür.

Ağızı şorpalılar, azəri avropalılar,Öpüşürlər küçədə, ay kişi, bulvarə şükür.

Bir zaman qız-gəlinə şalvarı irad elədik,İndi gündəyməzi vitrindədi, şalvarə şükür.

Heç fikir çəkmə ki, testdən kəsilərsən, a bala,Onu da qurdalayırlar, neçə dollarə şükür.

Mənə can borcunu faizlə veribdirsə Xuda,Onu Pünhandan alıb yüz ilə qurtarə şükür.

13 iyun, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland