Qətl ilə zindan arasında
Avropa qoyub türkü iki can arasında,Hakim də qalıbdır iki fərman arasında.
Yardan doya bilmir, nə də əldən qoya bilmir ,Bir can da bölünmür iki canan arasında.
Avropa bu türk xalqına bir sirli oteldir,Çox nömrəsi var sərfəli mehman arasında.
Əvvarə qoyub Əzrayılı Öcalan alçaq,Biçarə qalıb qətl ilə zindan arasında.
«Sur»un səsi dünyanı tutub kimsə eşitmir,Şeytan oturub haqq ilə insan arasında.
Türk əsri gəlir! Əsri-Günəş, əsri-ədalət,Kafir batacaqdır iki ümman arasında.
Yer sirrini Peyğəmbər açar Adəmə bir gün,Göy sirrini saxlar təzə Quran arasında.
Şirvanşahı təslim elədi axırı «göy»lər,Lov düşdü bu «göy»lər ilə «şirvan» arasında.
Meydan sulayıb, sonra bu meydana girənlər,Mülk saldı Motodromla bu meydan arasında.
Dağlar dağılan vaxtı çıxar dağlara Pünhan,Dağ sirri qalar dağ ilə Pünhan arasında.
10 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-qetl-ile-zindan-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Pribaltika ölkələrinin birində Maliyyə Nazirliyinin bütün otaqlarına kameralar qoyulub. İstədəyin an kimin otağında nə baş verir, nə danışılır, internet vasitəsilə seyr etmək olar.(Q.İ.Q)
Mən nə dedim ki?!Yoxdan gələni var elədim, mən nə dedim ki?!Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!
Bir parça torpaq qalmadıBarmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Bişərəfindən aman oy!Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!