Urra! Mənə urra! Sənə urra! Ona urra!Urra! Bizim əvvəlimizə urra, sona urra!

Urra, gələcək əsrə gedən rüşvətə urra!Urra ki, onun rişəsi keçmiş cana urra!

Urralar içində ölülər dəfn elədik biz.Urra qızaran torpağa urra, qana urra!

Yaltaqlara meydan açılıbdır vətənimdə,Bir mənsəb üçün gündə girən min dona urra!

Səd heyf ki, yaltaqlığa yox ayrı məcəllə,Yaltaqları bir-bir salasan zindana urra!

Ey xəlq, maa öylə gəlir ki, sənə urra!Həm qarpıza urra demisən, həm yuna urra!

Pünhan, bu oyunlar yetəcəkdir sona bir gün,Yəqin uduzanlar gedəcəkdir «zona» urra!

25 yanvar 1998. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland