Ana yurdum
Anaların laylasından,Babaların tarlasından,El toyundan, el yasındanSəni içdim udum-udum,Ana yurdum, ana yurdum.
Bağ gülündə, dağ qarında,Sel-suların axarında,Palıdların vüqarındaSəni gördüm, ana yurdum,Ana yurdum, ana yurdum.Yay mehində, yaz şehində,Quşlarının cəhcəhində,El qəmində, fərəhindəSəni duydum, ana yurdum,Ana yurdum, ana yurdum.
Füzulinin "ah" səsində,Üzeyirin nəğməsində,Ələsgərin ləhcəsindəSəni andım, ana yurdum,Mənim andım, ana yurdum.
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-ana-yurdum
Use ← → keys to move, R for a random poem