Zülmətlə savaşlarda zəfər çaldığı gündən,Qəlblərdə azadlıq odu yandırdı Müsavat.Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,Boz qurdu könüllərdə oyandırdı Müsavat.

Meydan oxudu qan çiləyən dövrana qarşı,Hər zalimə, hər nadana, hər hədyana qarşı,Tüğyan elədi eyləki zülm insana qarşı,Öz həddini zalimlərə qandırdı Müsavat.

İlhamını almış o, Vətən adlı gözəldən,İman suyunu, çünki, o içmişdi düz əldən.Xalq naminə haqq adlı vuruşlarda əzəldənÖn cərgədə hər tilsimi sındırdı Müsavat.

Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,İstiqlala, istiqbala daim qoşalım biz,Bir türk kimi islamlaşa, çağdaşlaşalım bizAmalına bir xalqı inandırdı Müsavat.

Amalı təmiz, məqsədi aydın, üzü ağdır,Ən ali məramında qərəzlərdən uzaqdır.Tarix şüuru - xalqımı millət yapacaqdırHaqdan dönəni haqqa tapındırdı Müsavat.

Düzlük şüarı daima çarpışdı yalanla,Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.Cənnət edəcək amala dönmüş bir imanlaÜnvanı Azərbaycan olan yurdu Müsavat.

Fevral, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland