Qara gözlər,Ala gözlər,Qonur gözlər...Nə qədər sözlərDeyilmiş mədhinə gözəl gözlərin,Şairlər, indi də mənə söz verin.Qorxuram gözlərin mən gözəlindənAman göz əlindən, dad göz əlindən!Gözdən hansı qəlbə dağlar çəkilməz?Gözün dediyini dil deyə bilməz.Həm incə, həm dərin dili var gözün.Sözünü ürəklər anlayar gözün.Mələr, çıxmasa da ürəyin səsi,Elə ki, havada gözlər öpüşür.Eşqin də ilk odu, ilk şərarəsiƏvvəlcə ürəyə gözlərdən düşür.Gözləri mədh edən şeir də gerçək,Gözün öz dilində yazılsın gərək,Bu dil müəmmadır, bu dil çətindir,Bu dillə dinəni bu dillə dindir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets