Layiqəmmi mən?
Atalar sözləri öyüddür bizəYüz illər, min illər deyiləcəkdir."Elə yaxşılığı, sən at dənizə,Balıq bilməsə də, xalq biləcəkdir".
Mən xaliq demədim,Xalq dedim...Nədən?Xalqımdır, elimdir xaliqim mənim.Onun dostlarına dost demişəm mən,Onun düşmənidir, mənim düşmənim.
İşıqsız, qapalı bir göz, de, gözmü?Yaşamaz sünbüldən düşən dən, ayrı...Xalqın zərrəsiyəm...heç gördünüzmüBir zərrə yaşasın kütlədən ayrı?
Sənsən qüvvət verən sətirlərimə,Sənsiz özüm də heç, sözüm də hədər.Damla zəhmətimə, zərr şeirimə,Sənsən qiymət verən dəryalar qədər.
Baxdın şairinə bir örnək kimi,Dikdin üzümüzə baxışlarını.Biz hara getdiksə,Gül-çiçək kimi,Səpdin başımıza alqışlarını.
Sevgin gözlərində bizi böyütdü,Öyündün bizimlə, ey xalq, ey Vətən!Həmişə qəlbimdən bir sual ötdü:Sənin hörmətinə layiqəmmi mən?Onu bilirəm ki, sən elə sənsən,Gücüm də səndədir, səadətim də.Yaxşını yamandan yaxşı seçənsən,Sənə bənzəyəydim dəyanətimdə.
Onu bilirəm ki, öz tanrım kimiHəmişə fikrimdə, ürəyimdəsən.Onu bilirəm ki, şeirlərimiYazan mən oldumsa, yazdıran sənsən.
Xalqa arxalanan xalq sevərlərinÖzü də xalq üçün arxaya döndü.Xalqa arxasını çevirənlərinArxası həmişə yerdə süründü.
Tanıtdın adınla övladlarını,Uçdular qırılmaz qanadlarınla.Xalqlar cərgəsində dönüb özün dəTanındın namuslu övladlarınla...
Hər bir övladımın qələbəsindənBoy alıb ömrünə gün qazanmısan.Ürəyi ürəklə qarşıladın sən,Sənə qul olanı allah sanmısan.
Sevgin gözlərində bizi böyütdü,Öyündün bizimlə, ey xalq, ey Vətən!Həmişə qəlbimdən bir sual ötdü:Sənin hörmətinə layiqəmmi mən?
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-layiqemmi-men
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə-gündüz, səhər-axşam,Mən yazıram, oxuyuram.
AntennaBinaların damındaAntenna dirəkləri...
Təəssüfİdman yarışı*Çörək yeyə-yeyə, nərd vura-vura,
BaşAmerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
Poems by other poets · Homeland
Əla, ey bülbüli-ürfan, vətən bağında fəryad et,Qon övraqi-fünunə, nəğmeyi-milliyyə inşad et.
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
Milli marş(Azərbaycan Xalq Cümhuriyyətinin himni)Azərbaycan, Azərbaycan!