Təəssüf
İdman yarışı
Çörək yeyə-yeyə, nərd vura-vura,Baxırıq hər axşam televizora.
Ekranda görürük: dəstəbədəstəAdamlar qırılır...Yenə ölüm, qanBombalar tökülür şəhərlər üstə,Ölən də insandır, baxan da insan.
Analar, körpələr ağlaşır zar-zar,Dərələr, təpələr bələnir qana.Elə bil uzanan odlar, alovlarQəhqəhə çəkərək gülür insana.
Od-alov sürünür şəhərdə dil-dil,Uçur uca evlər, balaca damlar.Elə bil ekranda qırğına deyil,İdman yarışına baxır adamlar.Çörək yeyə-yeyə, nərd vura-vura,Baxırıq hər axşam televizora...
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-teessuf
Use ← → keys to move, R for a random poem