Əla, ey bülbüli-ürfan, vətən bağında fəryad et,Qon övraqi-fünunə, nəğmeyi-milliyyə inşad et.

Cəhalətlə vətən bir leyli-zülmətnak edir təşkil,Zəbani-nurpaşinlə rəhi-ürfanə irşad et.

Qələm şükrfəşani-mərifətdir, guşi-huş istər,Dilərsən həzzyab olmaq şu nəshin dinlə, dəryad et:

Əgər aqilsən, olma hirslə dildadeyi-sərvət,Rizayi-həqqi istərsən, ibadullahə imdad et.

Həmiyyət düşkünü olma, güşad et xani-ehsanın,Dili-ərbabi-hacatı kərəmkaranə dilşad et.

Yapış acizlərin dəstindən, ey sərməsti-istiğna!Demə əhli-ğinayəm, baziyi-dövrani dəryad et.

Əgər istərsən adın zibi-tarixi-cahan olsun,Dirəxti-sayədar ol, meyvə ver, ən şanlı bir ad et.

Xəzanə üz qoyan növrəstəgani-baği-islamə--Nəzər sal, tərbiyətbəxş ol, əlindən cəhlin azad et.

Əgər amalın iqbali-vətəndir, urma boş lafi,Həzizi-məskənətdən milləti balayə isad et.

Müavin olmaq ilə zalimə ağlatma məzlumu,Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et.

Xuda Quranda «qövmüz-zalimin»ə mələnətxandır,Dilərsən məğfərət həqdən, ədalətpərvər ol, dad et.

Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə,Yıxılmış xanəni məmur, sınmış könlü abad et.

Dilərsən müstəfid olmaq hüquqi-adəmiyyətdən,Ziyayi-elmi dərdəst eylə, nəfsin elmə mötad et.

Əgər məqsudin isə kəsbi-hissiyyati-ruhani,Bu pəndi-hissəbəxşi qəlblə təzkar, övrad et.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice