Ən uca mərtəbədə yaşayırsan...Çox gözəl.Məni bu pillələrləİmtahana çəkmə, gəl!Yox, yox!

Mənə demə ki,Muğayat ol özündən,Çıxma bu pillələriXəstə ürəyinlə sən!Yox!Onlar yormur məni!Bir addıma qalxıramQalxanda beş pilləni.Düşəndə bir pilləniBeş addıma düşürəm.Düşürəm... Yox düşmürəm,Sanki yoxuş qalxıram.Məni yola salırsan:Gah özümə,gah da sənə baxıram.Düşürəm...Düşə bilmirəmKöynəyim tondan ağır,Sıxır məni əynimdə.Düşürəm...Düşə bilmirəmSənin baxışlarınınAğırlığı çiynimdə.Yox!Mən pillə düşmürəm,Ruhum düşür göylərinMin-min mərtəbəsindən.Hara gedim, bilmirəmAyağıma dolaşanÜrəyimlə indi mən?...

Düşürəm, xəyal kimi...Aparıram beynimi,Ürəyim sizdə qalır.Kədərim yanımdadır,Fərəhim sizdə qalır...Mənim bu tərs taleyimGör necə də zalımdır,Enişim - hicranımsa,Yoxuşum - vüsalımdır.Sənin pillələriniQalxmaq necə asandırDüşmək, enmək çox çətin!Bu da mənasız deyil,Hər işi tərsinədirƏzəldən məhəbbətin!..

Oktyabr 1963

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets