Bir tərəfdə sel kimi od axıdan buruqlar,Bir tərəfdə çadırda donan körpə çocuqlar.Yurdumuzun atəşi isidir əcnəbiniİsidə bilmir ancaq Zübeydəni, Nəbini.

Yağan qarı qasırğa burmalayır bu gecəSobam yanır otaqda gürhagurla, gör, necə.Yatağıma girmişəm, uyumaq istəyirəmYerimdə şirin-şirin.Çatmır mənə naləsi çadırlarda üşüyənGünahsız körpələrin.Amma rahat buraxmır bir qəribə sirr məni:Döşəyimin istisi bəs niyə sancmır məni?Yatıram şirin-şirin.Mən ki bilirəm indi çadır körpələrininSoyuqdan əsdiyini.Özümdən də böyükdür öz-özümə heyrətim:Varsa Vətən namusum, varsa millət qeyrətimNecə yata bilirəm öz isti yatağımda?Yatır nəvələrim də solumda və sağımda.Sordum özüm özümdən:-Görəsən, doğurdanmı bu yurdun oğluyam mən?Bilmirəm kim utansın indi mənim yerimə?Qıyardımmı bu zülmü mən öz nəvələrimə?Nəvələrim deyilmi bəs bu qış gecəsindəDamsız qalan körpələr?Hələ ucalmalıykən bu alçalan körpələr?Bunu bilən vətəndaş öz isti yatağındaRahatca yatarmı heç?Yurdunun atəşinə qızınan əcnəbidənMənim fərqim varmı heç?

Yanvar, 1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland