Yalan bazarı
Bu yalan bazarında mətah yaman ucuzdurAldığımız da sözdür, satdığımız da sözdür.Sözün ləyaqətinə, mənasına varmadan,Utanıb qızarmadanQıpqırmızı yalanı bülbül kimi ötürsən,Riya dəyirmanında sən yalan üyüdürsən.Özün bilirsən bunu,Mən də yaxşı bilirəmSəndən eşitdiyimin ağ yalan olduğunu.Bilirəm, sən borclusanBu yalan alverində həqiqəti danmağa.
Abırının macalı yox, qızarıb utanmağa.Amma mən də borcluyam sənin yalanlarınıDoğru, gerçək sanmağa -Aldadıb aldanmağa.Məndə qulaq, səndə dil, səndə qulaq, məndə dil,Sən məni, mən də səni aldadırıq müttəsil.Qulağımız, dilimiz bu yalan bazarındaSatın alır cənnəti.Hər mətahın qiymətiBəlli olur dünəndən.Aldadıb aldanırıq,Bu minvalla razıyıq sən məndən, mən də səndən.Gerçək elə daşlanır,Yalansa gecə-gündüz o qədər alqışlanırAyırd edə bilmirikGerçək harda qurtarır, yalan hardan başlanır.Yalan sərxoşluğunda elə xumarlanmışıq,Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq.Yalan - həqiqətlərə istədiyi ölçüdəPaltar biçən dərzimiz.Yalan-həyat tərzimiz.Gerçək-üzü qaradır.O, gərək yalanların kölgəsində dolana.Cəza-həqiqətədir, cəza düşmür yalana.
İyul, 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-yalan-bazari
Use ← → keys to move, R for a random poem
More by this author
Dil açanda ilk dəfə ana söyləyərik biz,"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
TəklikXəyal gah dağdadır, gah da aranda,Gah göyə yüksəlir, gah enir insan.
Dağda şəlalə kimiBir rəngi yox, göylərin min rəngini sevirəmBir gülü yox, güllərin çələngini sevirəm.
Kimdir mənim düşmənim?Kimdir mənimƏn qorxulu düşmənim?
Poems by other poets
Şəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,