Şəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.İki çeşmi cadu, canım afəti,Elə bir mehri rüxsara düşübdü.

Yüz nazü-qəmzəynən qəddi payinə,Müjganından bir çox çəkdi yayinə,Döşəndim, fərş oldum xaki-payinə,Onda gördüm can nisara düşübdü.

Gülüstani-Rəmdən gəlmiş ol pəri,Ayla gün hüsnünə olub müştəri,Yenicə dolanır şahmar zülfləri,Mürcümlənib bir kənara düşübdü.

Niqab açdı, nəzər saldı hər yana,Hüsnünün şəminə oldum pərvana,Gülzarın gülü, bağü-bostana,Nə çəmənə, nə gülzara düşübdü.

Ceyranlar gəzərdi çöl bərəsində,Sona məskənində, göl bərəsində,Əfşan olan zülfün tel bərəsində,Laçın könlüm xub şikara düşübdü.

Dünyada xoş olur vüsali-həmdəm,Fərağında nalə çəkdim dəmadəm,Vadiyi-heyrətdə Qeys olur Dilğəm,Leylisindən çün avara düşübdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love