Laçın bərəsindən, şikar evindən,Bir tülək tərlanım havalanıbdı.İstədim ki, səyyad olam yetirəm,Əldən-ələ düşüb banalanıbdı.

Firəng şüşəsindən ağdı qolları,Göyün ulduzuna bənzər xalları,Ağ üzündə müsəlsəldi telləri,Çalıbdı çalmanı, sonalanıbdı.

Canan vəsfi mən Dilqəmin dilində,Eyib yoxdu nazlı yarın telində,Dostu Dilbər Ocaqlının elində,Ağ nazik əlləri hanalanıbdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love