(Azərbaycanın bayrağına)

Altun köksün hilal-yıldız, işıqları öpüncə,Zirvəsindən Şah dağının gündoğuşu dinilür.Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,Bir siyaqla könüllərə hey salamlar söylüyür.O yerlərdə qardaşları, dostları var, pək sevir,Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.Canalıcı bir görkəmlə dağ başında durunca,Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.Nazlı əlin umuzunda saçlarına vurduqca,Bir-bir oxşayırsan bütün Turan ellərin.Altaylardan, Altun dağdan doğma sellər bəkləyorYaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,Qollarilə türk ellərin bütün qusmaq istiyor,Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love