Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,Aləm səni bölməklə səadət bölüşüyorkən,Övladın əsarətdə, yazıq, can çəkişiyorkən,Hala da sükut etmədəsən, ey evi bərbad!Kimdən, əcəba, ummadasan dərdinə imdad?

Rahib kimi qovğayi-həyata həvəsin yox;Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox;Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox;Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad;Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!

Dünyanı əsir eylər ikən bir ovuc altun;Hər millət öz azadəliyin qurşuna mədyunƏsrin sözü top, haqq sözü top, tanrısı qurşun;Acizliyə qalsan, edən olmaz səni azad,Hər gün sənə sahib olacaq bir yeni cəllad.Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!Topla nə gücün varsa, giriş qəti cidalə!Ya haqqını al, ya əbədi öl, laməhaləQoy gülləri ya qan sulasın, yaxud ədalət,Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets