Tellər oynadı
Bir mən idim, bir sən idin, bir də yamaclar...Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.Onda ki, ağ umuzlara töküldü saçlar,Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,Ürəyimdə kaman kimi tellər oynadı.Bir biz idik, bir düz idi, bir də al boya...Dağ başında ucan quşlar endilər çaya.Sən dedin ki: “Bütün dünya qoy dönsün toya!”Çaldı qaval, uzaq kənddə ellər oynadı,Ürəyimdə kaman kimi tellər oynadı.
Endi duman örtü kimi dünya qarardı,Ara-sıra əsən bir yel saçın darardı,Onda ki, oynaq tellərin boynumu sardıÇaxdı çımşək, coşdu sular, sellər oynadı,Ürəyimdə kaman kimi tellər oynadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-teller-oynadi
Use ← → keys to move, R for a random poem
More by this author
(ŞƏRQI)*Tarixlərdə öksüz kimi göründük.
Ey dan ulduzuQaranlıq gecədə səni gözləyib,Durmaqdan yoruldum, ey dan ulduzu!
Səhər vaxtı siyasi bir məhbusSübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Poems by other poets · Nature and spring
Anın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Müstədam olğıl həmişə, ey gözəl xanım mənimMüstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.