Sübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,Bircə işıqlanmaz imişsən məgər?!Məndə günah yox, onu bilməzmisən?Siz, ey qara, ey vəhmli divarlar,Ədli neçin pərdələyirsiz müdam?Ey qara zəncir, ey ağır halqa, sənÇatla, neçin zülmə edirsən dəvam?Ey mələkəlmövt, gəl al canımı,Indi ki, zülm ədli təbah eyləyir.Öldür, əvət, öldür, olum rahət, ah!Kimdir? O Hatif, nə xoş söyləyir:– Səbr elə, bəxtinlə bir az qıl mədar:Məhbəsi hürriyyət edər tar-mar,Zülm enəcək, ədl olacaq payidar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise