Bulvar hara, məktəb hara
(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da;Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!Rədd olub getmişdi məktəb başımızdan birtəhər,Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,O deyir, bu söyləyir, insan olub lap dəngəsər.Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir?Hər nə var, qızlarda var, sənət bizə biganədir.Boşla dərsi, məktəbi ondan gözəl meyxanədir;Hər kəs elmə meyl etsə, doğrusu divanədir.Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə...Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə?Bilmirəm hansı... bu məktəbi saldı dəbə?Indi var on beş yaşım, qoy məktəbə getsin bəbə!Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər;Onları xərc eylərəm, lap azı on beş il gedər.Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər;Şoğərib məktəb edir insanın ömrün lap hədər.Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil;Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül;Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül;Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül.Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır.Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır.Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır.Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır.Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-bulvar-hara-mekteb-hara
Use ← → keys to move, R for a random poem
More by this author
O gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam
Qürub çağı bir yetimGün qürub etməyə edirdi şitabKainata enirdi bir zülmət.
Məhəbbət aləmi qəmdirMəhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Poems by other poets · Satire
Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Heç yox imişFaşistlərin burnun əcəb ovdular,Qoşunların Moskvadan qovdular.
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Ey Məmdəli, bu növi ki, İrandan əkildinEy Məmdəli, bu növi ki, İrandan ekildin,Doydun, bilirem, axır özün candan, əkİidin.