Ay Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundanqabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,– deyəbağırırdılar. Hətta iş bir məqamə çatmışdı ki, hər kəs,istər şair və ya mühərrirolsun, bismillah əvəzində “hürriyyəti-nisvan”,– deyə bağırırdı. Mən də öz-özümədedim:– Gördün ki, iki nəfər sənə dedi piyansan, qoy başını yerə ki, piyanam; yənivaxta ki, filan əfəndilər “hürriyyəti-nisvan”i yaxşı bilirlər, deməli, yaxşı şeydir.Odur ki, hürriyyəti-nisvan deyə bir şəstlə banladım.Doğrudan da, hürriyyəti-nisvan mən başa düşən kimi olsaydı, elə yaxşı olardı!Mən belə anlayırdım ki, hürriyyəti-nisvan bundan ibarətdir, məsələn: arvadoxuyar ədəb alar, uşaqlarına ədəb verər, kişiylə rəftar eləməyin tərzini öyrənər.Daha döyülməz, doktor-moktor olub, müslimələrə müalicə edər; uşaq saxlamağıöyrənib uşağa tiryək verə-verə daha çöpə döndərib öldürməz. Xülasə, belə işlərəmübaşirət edərlər. Bununla özləri də asudə olar, millət dəxi səadətə yetər. Indigörürəm, xeyr a... hürriyyəti-nisvan mən zənn etdiyim deyilmiş, bir ayrı şey imiş.... Hürriyyət və təsəttüri-nisvan, ikisi də ondan ibarətmiş ki, arvad üz-gözünü,döşünü, sinəsini, əl-ayaqlarını... layıb bulvara, kluba, oyanbuyana çıxsın. Indiözüm də məəttəl qalmışam ki, biz hansı hürriyyətinisvandan istəyirdik. Əgərsözümü dəbbələyim, o vaxt mənə də bəzi intelligentlərimiz kimi məzhəbsizdeyəcəklər. Əgər dəbbələməyib desəm ki: hə, hələ yaxşı hürriyyəti-nisvandır, buda yaramaz, Molla Babanın müridləri ilə qələt eləyib, belə işə “hə” demərəm.Xülasə, qalmışam cənnətlə cəhənnəm arasında. Qızlar da o qədər qudurmuşlar ki,gətirib “Babai-Əmir”də kişilərə protesto yazmışlar. Eh, vallahı, onları o qədərdöydürürəm ki, Molla Baba özü də afərin deyər. Demə yazıq Molla Baba qabaqcabilirmiş hələ mən də bilirdim. Amma bu xalqı başa sala bilmədik. Şairliyimyavaş-yavaş cuşə gəlir, deyəsən, protesto yazacaq.

Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Deyərdi Molla Baba: qoymayın bu qızları dərsə,Bizə kələk törədər qız ülum təhsil edərsə.Yazıq ha dad elədi, qız azar, dərsə gedərsə,Bu xalq inanmadı, fırlatdı düzgün işləri tərsə.Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Adam kimi oxuyursuzsa, pudra-mudra nədir bəs?Gedin günüzləri dərsə, gəlin evə yenə bisəs.Deyən gərək bulara bu klub nə şeydir, a nakəs!?Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Əvvəlcə duymuşdum qızların kələklərini mən,Ha söylədim, ha dedim, heç kəs eşitmədi məndən;Adam tutub ayıra, bu qızın başını bədəndən;Xülasə, lap çaşıb ağlım, baxır bu xalq da gendən,Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Əvvəlcə anlamamışdım nədir təsəttüri-nisvan,Deyirdim elm oxuyub, qız olar özünə bir insan.Necə ki, hökm eləyib müsliminə ayəti-Quran,Döşün açıb gəzəcəkdir bilirmiyəmmi Tükəzban?Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Bu vaxtda yaraşırmı, xanımlarım, bizə bulvar?Eşitmişsinizmi bizim türklərdə böylə məsəl var.Əvvəlcə çıx yoxuşu, sonra gözlə pişdə həmvar;Siz indidən ki, belə tutmuşsuz, bununla nə artar?Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire